ABŞ İrana qarşı hərbi əməliyyatının xərclərini ərəb ölkələrindən almaq istəyir

saytların hazırlanması

Evə çatdırılma

ABŞ İrana qarşı hərbi əməliyyatının xərclərini ərəb ölkələrindən almaq istəyir

Dünya

30 Mart 2026 22:43 559


ABŞ Vaşinqtonun İrana qarşı hərbi əməliyyatının xərclərini ərəb dövlətlərinin ödəməsində maraqlıdır.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün keçirilən müntəzəm brifinqdə bildirib.

"Düşünürəm ki, Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp onları buna təşviq etməkdə çox maraqlı olardı. Bu məsələdə ondan (Amerika lideri - Qeyd) önə keçməyəcəyəm. Amma əminəm ki, onun bu fikri var", - deyə o, Vaşinqtonun ərəb ölkələrinin İrana qarşı əməliyyatını maliyyələşdirməsini istəyib-istəməməsi sualına cavab olaraq bildirib. Toyuqlu pizza

O, ABŞ administrasiyasının rəhbərinin daha sonra bu məsələ ilə bağlı özü şərh verəcəyinə söz verib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!