ABŞ İranı danışıqlara dəvət edib

saytların hazırlanması

Evə çatdırılma

ABŞ İranı danışıqlara dəvət edib

Dünya

21 İyun 2019 13:10 1317


İran rəhbərliyi planlaşdırılan zərbələr barədə iyunun 21-nə keçən gecə ABŞ Prezidenti Donald Trampdan xəbərdarlıq alıb.

"Yeni Sabah" xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə İranın hökumət dairələrində olan mənbə bildirib.

Məlumata görə, Donald Tramp İrandan Vaşinqtonun ayırdığı müddət ərzində ABŞ-la danışıqlara başlamağı tələb edib. İran isə təhdidə cavab olaraq ABŞ-ı ölkəyə endiriləcək zərbələrin “regional və beynəlxalq” riskləri barədə xəbərdarlıq edib. Trampın tələbi və İranın cavabı Omanın vasitəçiliyi ilə ötürülüb. pizza hut

“Donald Tramp İranla istənilən müharibənin əleyhinə olduğunu və bir çox məsələ barədə Tehranla danışıqlar aparmaq istədiyini bildirib. O, cavab üçün bizə qısa vaxt verib. Lakin İran rəhbərliyi bu məsələ ilə bağlı ölkənin ali dini lideri Ayətullah Əli Xameneyinin cavab verəcəyini deyib. Lider isə istənilən danışıqların əleyhinədir. Lakin İrana qarşı hər hansı hücum regional və beynəlxalq nəticələrə səbəb olacaq”, - deyə mənbə bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!