ABŞ İsrailə qorxunc silahlar göndərməyə hazırlaşır 

saytların hazırlanması

Evə çatdırılma

ABŞ İsrailə qorxunc silahlar göndərməyə hazırlaşır 

Dünya

17 Fevral 2024 10:00 767


ABŞ Prezidenti Cozef Bayden administrasiyası İsrailə on milyonlarla dollarlıq silah-sursat göndərməyə hazırlaşır. 

“Report” xəbər verir ki, bu barədə “Wall Street Journal” məlumat yayıb. 

Bildirilib ki, Ağ ev Qəzza zolağında atəşin kəsilməsində israr etdiyi halda İsrailə 1000 “MK-82” bombası, “KMU-572” yüksək dəqiqlikli istiqamətləndirici komplektləri, “KMU-572” bombaları üçün partlayıcılar tədarük etməyi planlaşdırır.  Dominos pizza

Məlumata görə, ABŞ administrasiyası, Dövlət Departamenti və Pentaqon informasiyanı şərh etməkdən imtina ediblər. Bu qurumlar İsrail Müdafiə Nazirliyi və Baş Nazirlik dəftərxanasının şərhinə dair sorğuya cavab verməyiblər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!