ABŞ kəşfiyyatı Rusiyanın məkrli planının üstünü açdı

saytların hazırlanması

Evə çatdırılma

ABŞ kəşfiyyatı Rusiyanın məkrli planının üstünü açdı

Dünya

03 May 2022 14:14 1558


Rusiya-Ukrayna müharibəsinin 69-cu günündə ABŞ kəşfiyyatı maraqlı məlumat açıqlayıb.

Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanın Ukraynada yeni əraziləri ilhaq etməyə hazırlaşdığı iddia edilir. ABŞ kəşfiyyatının məlumatına görə, Moskva şərqdə separatçı qüvvələrin qismən nəzarətində olan Donetsk, Luqanskı və işğalın əvvəlində ələ keçirdiyi cənubdakı Xerson şəhərini ilhaq edəcək.

ABŞ-ın Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı səfiri Maykl Karpenter bəyan edib ki, bu ayın ortalarında bu üç bölgənin Ukraynadan ayrılaraq Rusiyaya birləşməsi üçün referendumlar keçiriləcək. ABŞ rəsmisi qeyd edib ki, Rusiyanın bu planı uğurlu olmaya bilər. pizza

Qeyd edək ki, Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsi beynəlxalq ictimaiyyətdə böyük reaksiyalara səbəb olmuşdu. Rusiya prezidenti Vladimir Putin fevralın 24-də başlayan işğaldan az əvvəl Ukraynadan ayrıldığını bəyan edən separatçı Luqansk və Donetsk xalq respublikalarının müstəqilliyini birtərəfli tanıyıb.

Nəzrin Vahid 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!