ABŞ-la Çin anlaşdı – Dünya iqtisadiyyatı üçün təhlükə sovuşdu 

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-la Çin anlaşdı – Dünya iqtisadiyyatı üçün təhlükə sovuşdu 

Dünya

16 Dekabr 2019 16:30 1197


ABŞ və Çin arasında “ticraət müharibəsinə” son qoyulub. Vaşinqton və Pekin ticarət paktının birinci fazasını razılaşdırıblar. Prezident Trampın “fenomenal” adlandırdığı razılaşmaya əsasən Çin Amerika kənd təssərrüfatı, enerji və dərman məhsullarının idxalını artıracaq.

Tramp deyib ki, təkcə kənd təsərrüfatı məhsullarının alqısı “tezliklə” $50 milyarda yüksələcək.

Razılaşma ABŞ-ın Çin məhsulların 160 milyard dollar həcmində yeni tariflər tətbiq etməsinə iki gün qalmış əldə olunub. pizza

Tramp hakimiyyətə gəldikdən sonra ABŞ-a idxal olunan Çin məhsullarına yüksək tariflər tətbiq edib. Buna cavab olaraq Pekin də ABŞ-dan kənd təsərrüftaı və digər sahələrdə məhsul idxalını azaldıb.

ABŞ və Çin ticarət savaşı bütün dünyanın, o cümlədən Azərbaycanın iqtisadi maraqlarına təsir göpstərirdi. Ticarət savaşı bu iki nəhəng dövlətin iqtisadi inkişaf templərinə mənfi təsir edir, bu isə ümumilikdə dünya iqtisadiyyatının geriləməsi ilə nəticələnir və qlobal resessiya riski yaradırdı. Qlobal iqtisadi inkişafın zəifləməsi avtomatik olaraq xammala tələbatı azaldır, bu da Azərbaycanın əsas ixrac məhsulu olan neftin və qazın qiymətinin aşağı düşməsi demək idi.  Ticarət paktının imzalanması ilə bu təhlükə sovuşmuş oldu.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!