ABŞ-nin Qrenlandiaya planı: Rusiyanı sevindirəcək addım - Lavrovun   MESAJININ ŞİFRƏLƏRİ

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-nin Qrenlandiaya planı: Rusiyanı sevindirəcək addım - Lavrovun MESAJININ ŞİFRƏLƏRİ

Siyasət

20 Yanvar 2026 15:07 1746


Rusiya xarici işlər naziri Sergey Lavrov ötən ilin yekunlarıyla bağlı keçirdiyi mətbuat konfransında Krımla Qrenlandiya arasında bərabərlik işarəsi qoyub. Lavrorun sözlərinə görə, Qrenlandiya təhlükəsizlik baxımından ABŞ üçün nə qədər əhəmiyyətlidirsə, Krım da eyni səbəbdən Rusiya üçün əhəmiyyətlidir.

“Yeni Sabah” xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu bildirib.

"Bu sözlər onun təsdiqidir ki, ABŞ-nin Qrenlandiyanı ələ keçirməsi Rusiya, hətta Çinin maraqlarına uyğun olacaq. Birincisi, bu ABŞ-Avropa münasibətlərini gərginləşdirəcək, ikincisi, NATO dağılmasa belə zəifləyəcək, üçüncüsü, Rusiya Ukraynaya qarşı işğalçı müharibəni davam etdirəcək, Çin isə Tayvanın ona məxsus olduğunu gur səslə elan edəcək. Təsadüfi deyil ki, Lavrov mətbuat konfransında “kim güclüdürsə, o da haqlıdır” tezisini səsləndirib. Bu elə Donald Trampın yürütdüyü siyasətdir.  Dördpendirli pizza

Bu arada, Donald Trampın Prezident kimi fəaliyyətə başlamasının bir ili tamam oldu. Bu bir ildə ətraf toz-dumana bürünüb, hələ qarşıda Trampın 3 ildə edəcəkləri var. Tramp üçün dost, tərəfdaş və düşmən anlayışı nisbi xarakter daşıyır. Tramp bu bir ildə iki qonşusu – Kanada və Meksikanı da Amerikadan küsdürməyə nail olub. Tramp Qrenlandiyanı Amerikaya birləşdirərsə, buna müqavimət göstərəcək güc yoxdur" - Elxan Şahinoğlu əlavə edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!