“Boeing” şirkəti ABŞ Hərbi Hava Qüvvələri üçün hazırlanmış ilk “T-7A Red Hawk” təyyarəsini təqdim edib.
Yenisabah.az xəbər verir ki, T-7A tam rəqəmsal formatda hazırlanmış ilk təyyarədir. “Red Hawk”un proqram təminatı yeni öyrənmə elementləri və imkanlarını tez bir zamanda həyata keçirməyə imkan verir.
ABŞ Hərbi Hava Qüvvələri 351 ədəd T-7A təyyarəsi almağı planlaşdırır. “Boeing” “Saab” şirkəti ilə birlikdə yeni təyyarə üzərində işlər aparır. İki yerlik salona malik “Red Hawk” General Electric F404-GE-103 turboreaktiv mühərriki ilə təchiz olunub. Marqarita pizza
Telegram kanalımız