ABŞ rəsmisi: Bakı və İrəvan arasında münasibətlərin normallaşmasını istəyirik

saytların hazırlanması

Evə çatdırılma

ABŞ rəsmisi: Bakı və İrəvan arasında münasibətlərin normallaşmasını istəyirik

Siyasət

29 Noyabr 2023 13:28 408


“ABŞ ardıcıl olaraq bəyan edib ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını istəyir. Son bir il ərzində biz iki ölkə arasında gedən danışıqları dəstəkləmişik”.

Yenisabah.az xəbər verir ki, bunu ABŞ-nin ATƏT-dəki səfiri Maykl Karpenter deyib.

O bildirib ki, ABŞ dövlət katibi Antoni Blinken Cənubi Qafqazda bütün ölkələrin maraqlarına cavab verən münasibətlərin normallaşması səylərində şəxsən iştirak edib: pizza sifarişi

“Biz Ermənistan və Azərbaycan rəsmiləri arasında görüşlərin keçirilməsi üçün işləri davam etdirəcəyik. Bunu qiymətləndirmək tərəflərin özlərindən asılıdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!