ABŞ iş fəallığını işçinin cib telefonu siqnalları ilə müəyyən etməyin yollarını öyrənib.
Yenisabah.az Qaynarinfo-ya istinadən xəbər verir ki, "Defense One” nəşrinin məlumatına görə, bu texnologiyadan istifadə edən Amerikanın "Orbital Insights” geo-məkan analitik şirkəti Rusiya müdafiə müəssisələrinin fəaliyyətini izləməyə başlayıb.
Nəşr iddia edir ki, Rusiyanın bəzi hərbi zavodları istehsalını ləngidib. İşə gələn işçilərin sayı azalıb. "Orbital Insights” bu proseslərə koronavirus pandemiyasının təsir etdiyini düşünür. Hesabata "SPC Salyut”, "Uralvaqonzavod”, "Hidromaş” və Qorbunov adına Kazan Təyyarə Zavodu daxildir. Toyuqlu pizza
Materialda həmçinin qeyd edilir ki, Amerika şirkəti mobil operatorlardan anonim məlumat alır, sonra məlumatların intellektual hazırlanması tətbiq olunur.
Bundan sonra insanların geniş hərəkəti haqqında bir fikir əldə edilir. Üstəlik, "Orbital Insights” bunu demək olar ki, anındaca öyrənə biləcəyini iddia edir.
Telegram kanalımız