ABŞ Rusiyaya sanksiyaları genişləndirdi

saytların hazırlanması

Evə çatdırılma

ABŞ Rusiyaya sanksiyaları genişləndirdi

Siyasət

01 Fevral 2023 23:42 689


ABŞ Rusiyaya qarşı növbəti sanksiyalar tətbiq edib.

Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bir sıra fiziki və hüquqi şəxslər qara siyahıya salınıb. Yeni məhdudiyyətlər bir neçə ölkədə Rusiyaya əvvəlki sanksiyalardan yayınmağa kömək edən 22 fiziki və hüquqi şəxsi hədəf alır. Marqarita pizza

“Rusiyanın ABŞ sanksiyalarından yan keçmək üçün marionetlərdən istifadə etmək cəhdləri göstərir ki, sanksiyalar Rusiya hərbi sənaye kompleksinə Putinin hərbi maşınının tədarükünü bərpa etməyi xeyli çətinləşdirib və bahalaşdırıb”, - maliyyə nazirinin müavini Uolli Adeyemo bildirib.

Sənədə əsasən, sanksiya siyahısına əlavə edilənlər Rusiya, Sinqapur, Kipr, Latviya, İsrail və Özbəkistan vətəndaşlarıdır, şirkətlər isə Bolqarıstan, Latviya, Sinqapur, İsrail və Kiprə aiddir./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!