ABŞ səfiri Azərbaycanla sərhədə gəldi

saytların hazırlanması

Evə çatdırılma

ABŞ səfiri Azərbaycanla sərhədə gəldi

Rəsmi

08 İyun 2023 15:15 1115


ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuinn Azərbaycanla sərhəddə yerləşən Tex icmasına baş çəkib.

Yenisabah.az xəbər verir ki, o, sərhəddə hökm sürən gərgin vəziyyəti öz gözləri ilə görüb.

Bu barədə fotoların da dərc olunduğu ABŞ-ın Ermənistandakı səfirliyinin "Facebook" səhifəsində yayılan məlumatda deyilir. pizza hut

Mesajda xüsusilə qeyd olunur:

“Sünik bölgəsinə səfəri zamanı səfir yerli hakimiyyət orqanlarının, vətəndaş cəmiyyətinin nümayəndələri və sakinlərlə görüşüb, onlar təhlükəsizliklə bağlı narahatlıqlarını bildiriblər.

Kuinn həmçinin Tex icmasına baş çəkdi və burada sərhəddəki gərgin vəziyyəti öz gözləri ilə gördü. Hər kəs davamlı və ədalətli sülhün gətirəcəyi müdafiə və təhlükəsizliyə layiqdir”.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!