ABŞ səfiri: “Biz regionda dayanıqlı sülhün bərqərar olmasına tərəfdarıq”

saytların hazırlanması

Evə çatdırılma

ABŞ səfiri: “Biz regionda dayanıqlı sülhün bərqərar olmasına tərəfdarıq”

Siyasət

22 Noyabr 2021 16:03 626


“Azərbaycan və ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd ediləcək. Bu müddət ərzində bir sıra sahələr üzrə xeyli nailiyyətlər əldə etmişik”.

Yenisabah.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Erl Lisenberger bildirib.

Səfir bildirib ki, ABŞ regionda dayanıqlı sülhün bərqərar olmasına tərəfdarıdır. pizza

“Biz enerji, turizm və s. kimi bir sıra sahələrdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə dəstək vermişik. Təhlükəsizlik sahəsində uzunmüddətli əməkdaşlığımız, təhsil sahəsində böyük təcrübəmiz var”, - Lisenberger deyib.

O əlavə edib ki, ölkədə özəl sektorun, kənd təsərrüfatının, aqrar turizmin və s. sahələrin inkişaf etdirilməsi üçün Azərbaycan və ABŞ arasında əməkdaşlıq həyata keçirilir. 

“Artıq məcburi köçkünlərin uğurla geri qaytarılmasına dəstək vermək imkanı da mövcuddur”, - diplomat deyib/Report.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!