ABŞ səfirindən Elçibəyin ailəsinə məktub

saytların hazırlanması

Evə çatdırılma

ABŞ səfirindən Elçibəyin ailəsinə məktub

Siyasət

27 İyun 2019 21:02 1172


ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer Azərbaycanın keçmiş Prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyevanın vəfatı ilə əlaqədar başsağlığı verib.

“Yeni Sabah” xəbər verir ki, Ə.Elçibəyin övladları - Çilənay Səmədbəyli və Ərturqut Əliyevin adına göndərilən məktubda deyilir: 

“Ananızın vəfatı barədə xəbər məni dərindən kədərləndirdi. Bilirəm ki, bu, çox ağır bir itkidir. İcazə verin, öz adımdan və ABŞ səfirliyi adından Sizə və ailənizə bu çətin zamanda dərin hüznlə başsağlığı verim. Düşüncələrimiz və dualarımız sizinlədir.  pizza

Allah rəhmət eləsin!”.

Ə.Elçibəyin övladları başsağlığına görə ABŞ səfirinə təşəkkür ediblər. 

Qeyd edək ki, Azərbaycanın ikinci Prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva iyunun 14-də Türkiyədə vəfat edib. O, 67 yaşında dünyasını dəyişib. Mərhum doğma kəndi olan Naxçıvanın Ordubad rayonunun Kələki kəndində dəfn olunub.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!