"Birləşmiş Ştatlar Ermənistanın dostu və tərəfdaşı kimi, ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin axtarışlarına yardım etmək öhdəliyinə sadiqdir".
Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bunu ABŞ-ın Ermənistan Respublikasındakı səfiri Lin Treysi jurnalistlərlə söhbətində deyib.
“Son aylar ərzində katib Blinken dövlət başçıları ilə çoxsaylı telefon danışıqları apararaq, vəziyyəti gərginləşdirməməyə, eləcə də sülh prosesinin qurulması üçün bir-biri ilə əlaqə saxlamağa çağırıb”, - deyə səfir qeyd edib. pizza mizza
Daha sonra Lin Treysi bildirib:
“Biz tərəfləri prosesə kömək etməyən təhdid və düşmənçilik ritorikasından çəkinməyə çağırırıq. Şübhəsiz ki, danışıqlar çətin keçəcək. Bu, uzun illər ərzində formalaşmış mürəkkəb münaqişədir.
Biz Baş nazir Paşinyanın keçən həftəki bəyanatını alqışlayır, onun bəyanatını vacib hesab edir və bütün tərəfləri oxşar sülhü dəstəkləyən mesajlarla çıxış etməyə çağırırıq”.
Telegram kanalımız