İran Amerika Birləşmiş Ştatları (ABŞ) tərəfindən Tehrana məxsus pilotsuz uçuş aparatının (PUA) vurulması xəbərini təkzib edib.
"Yeni Sabah" xarici mediaya istinadən bildirir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Abbas Arakçı öz "Twitter" hesabında məlumat paylaşıb:
"Hörmüz boğazı da daxil olmaqla, heç bir yerdə PUA itirməmişik. "USS Boxer” gəmisinin səhvən öz PUA-sını vurmuş ola biləcəyini düşünürəm". Toyuqlu pizza
Xatırladaq ki, dünən ABŞ prezidenti Donald Tramp Hörmüz Boğazında Tehrana məxsus pilotsuz uçuş aparatlarından (PUA) birini vurduqlarını açıqlayıb.
Elnarə İlham
Telegram kanalımız