Vaşinqton Suriyaya 800 milyon dollardan çox humanitar yardım göstərəcək.
Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild məlumat yayıb.
“Bu gün mən qürur duyuram ki, Birləşmiş Ştatlar Suriya xalqına 800 milyon dollardan çox yeni humanitar yardım göstərəcək ki, bu, Brüssel Konfransında indiyə qədər elan edilmiş ən böyük ABŞ humanitar yardımıdır”, - Tomas-Qrinfild qeyd edib. Sezar pizza
ABŞ daimi nümayəndəsi, həmçinin qeyd edib ki, Ukraynadakı vəziyyət ciddi buğda və gübrə çatışmazlığına gətirib çıxarıb ki, bu da Yaxın Şərq və Afrika ölkələrində, o cümlədən Suriyada mümkün ərzaq qıtlığı və qiymətlərin artması ilə bağlı narahatlıq doğurur.
Tomas-Qrinfild bildirib: “Ona görə də, bu il Suriya xalqına humanitar yardımın ayrılması xüsusi əhəmiyyət kəsb edir”.
Telegram kanalımız