ABŞ Ukraynaya yeni hərbi yardım göndərəcək

saytların hazırlanması

Evə çatdırılma

ABŞ Ukraynaya yeni hərbi yardım göndərəcək

Dünya

03 Sentyabr 2024 22:38 395


ABŞ administrasiyası yaxın həftələrdə Ukraynaya yeni hərbi yardım göndərmək niyyətindədir.

Yenisabah.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Onun sözlərinə görə, ABŞ-ın Ukraynaya dəstəyi dəyişməz olaraq qalır: Dördpendirli pizza

"Bu cür hücumlardan qorunmağa çalışdığı üçün Ukraynanı dəstəkləməyə davam edəcəyik. Cəmi 10 gün əvvəl biz daha bir hərbi yardım paketini elan etdik və daha da çoxu yaxın həftələrdə veriləcək”.

O, Vaşinqtonun Kiyevə əlavə olaraq hansı silahları göndərəcəyini açıqlamayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!