ABŞ və Azərbaycan hərbi-texniki sahədə əməkdaşlığı möhkəmləndirəcək

saytların hazırlanması

Evə çatdırılma

ABŞ və Azərbaycan hərbi-texniki sahədə əməkdaşlığı möhkəmləndirəcək

Siyasət

10 Fevral 2026 20:21 446


ABŞ Azərbaycanla müdafiə və hərbi-texniki əməkdaşlıq sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə bu gün Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-nin Vitse-prezidenti Cey Di Vensin imzaladığı Strateji Tərəfdaşlıq Xartiyasının mətnində qeyd olunub.

Bu baxımdan tərəflər: pizza sifarişi

- müdafiə məhsullarının tədarükü daxil olmaqla, müdafiə və hərbi-texniki əməkdaşlığın miqyasını genişləndirmək;

- terrorla mübarizəyə ümumi sadiqliyi nəzərə alaraq, bu sahədə mövcud əməkdaşlığı genişləndirmək;

- kibertəhlükəsizlik sahəsində potensialın artırılması və kritik infrastrukturun qorunması məqsədilə əməkdaşlıq etmək niyyətindədir.

Sənəddə qeyd olunur ki, Cənubi Qafqaz regionunda sülh Bakı və Vaşinqtonun ümumi maraqlarına cavab verir, Azərbaycan və ABŞ arasında təhlükəsizlik sahəsində əməkdaşlıq isə hər iki ölkəyə, eləcə də bütün regiona fayda gətirir.

Xartiyada Azərbaycanın sülhməramlı əməliyyatlarda iştirakı da yüksək qiymətləndirilir.

"Amerika Birləşmiş Ştatları Azərbaycanın beynəlxalq sülhməramlı səylərə verdiyi töhfəni yüksək qiymətləndirir. Bu səylər çərçivəsində Azərbaycan hərbçiləri beynəlxalq və regional təhlükəsizliyin möhkəmləndirilməsi məqsədilə amerikalı hərbçilər və koalisiya üzrə tərəfdaşlarla çiyin-çiyinə xidmət ediblər", - sənəddə qeyd olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!