ABŞ prezidenti Co Bayden Kanadanın baş naziri Castin Trüdo ilə telefon danışığı keçirib və söhbət zamanı iki ölkə liderləri Ukraynadakı hərəkətlərinə görə Rusiyanı məsuliyyətə cəlb etməyə sadiq olduqlarını təsdiqləyiblər.
Yenisabah.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Qeyd edək ki, Bayden və Trüdo Ukrayna hökumətinə təhlükəsizlik yardımı, habelə müharibədən əziyyət çəkən ukraynalılara iqtisadi və humanitar yardım göstərmək üçün davam edən səylərdən danışıblar. Dördpendirli pizza
Bayden böhran zamanı Kanada ilə sıx əməkdaşlığı, habelə Rusiyaya qarşı hərtərəfli sanksiyalar və məhdudiyyətlər tətbiq etməkdə bu ölkənin üzərinə götürdüyü öhdəlikləri yüksək qiymətləndirib.
Telegram kanalımız