ABŞ və Rusiya Əbu-Dabidə razılığa gəldilər

saytların hazırlanması

Evə çatdırılma

ABŞ və Rusiya Əbu-Dabidə razılığa gəldilər

Siyasət

05 Fevral 2026 18:59 653


Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən danışıqlar zamanı Rusiya və ABŞ nümayəndələri hərbi qurumlar arasında dialoqu yüksək səviyyədə bərpa etmək barədə razılığa gəliblər.

"Yeni Sabah" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığından (EUCOM) məlumat verilib.

Məlumatda qeyd olunub ki, bu dialoq 2021-ci ilin payızında dayandırılıb. pizza

Vurğulanır ki, bu cür kommunikasiya kanalı tərəflərə davamlı əlaqə saxlamağa imkan verəcək və bunun sayəsində də tərəflər dünyada sabitliyin qorunması üzərində işləyə biləcəklər.

"Hərbçilər arasında dialoqun dəstəklənməsi qlobal sabitlik və sülh üçün vacib amildir, şəffaflığın artırılması və gərginliyin azaldılması üçün vasitələr təqdim edir", - deyə məlumatda bildirilib.

Bundan əlavə, qeyd edilib ki, NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı, general Aleksus Qrinkeviç artıq Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla hər hansı tərəfdən istənməyən gərginliyin yaranmasının qarşısının alınması üzrə yollar tapmaq üçün davamlı dialoq aparmaq səlahiyyətinə malikdir./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!