ABŞ vitse-prezidenti Cey Di Vens və həyat yoldaşı Uşa Vens Ermənistana səfər ediblər.
"Yeni Sabah" xəbər verir ki, daha əvvəl ABŞ rəsmisini müşayiət edən başqa bir hökumət təyyarəsi İrəvan hava limanına eniş edib.
Qeyd edək ki, Vensin Ermənistan səfəri fevralın 9-da və 10-da davam edəcək. Bu axşam onun, Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü planlaşdırılır. ABŞ vitse-prezidenti daha sonra İrəvandan Bakıya gələcək. Onun Azərbaycana səfəri fevralın 10-11-də baş tutacaq./Oxu.az Dominos pizza
Telegram kanalımız