Abşeron rayonunda iki avtomobil toqquşdu, ölən var - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Abşeron rayonunda iki avtomobil toqquşdu, ölən var - Fotolar

Hadisə

05 May 2020 23:16 951


Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, qəza Saray qəsəbəsində qeydə alınıb. 38 yaşlı Elşad Cavadov idarə etdiyi “Lada Priora” markalı avtomobillə Bakı-Saray yolunda hərəkətdə olan zaman 1969-cu il təvəllüdlü Mirişov Firudin Şahverdi oğlunun idarə etdiyi “Saipa” markalı nəqliyyat vasitəsilə toqquşub. Zərbənin gücündən “Saipa”nın sürücüsü avtomobildə sıxılmış vəziyyətdə qalıb. O, aldığı xəsarətlərdən avtomobildə keçinib.

Əraziyə FHN-in Sumqayıt Regional Xidmətinin əməkdaşları cəlb olunub. Firudin Mirişovun meyiti deformasiyaya uğrayan avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Toyuqlu pizza

Qəza zamanı “Lada”nın sürücüsü ağır xəsarət alıb. O, dərhal xəstəxanaya yerləşdirilib.   /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!