Abşeronda 16 kq narkotik satmaq istəyən 3 nəfər saxladı

saytların hazırlanması

Evə çatdırılma

Abşeronda 16 kq narkotik satmaq istəyən 3 nəfər saxladı

Hadisə

24 Oktyabr 2025 16:31 285


Abşeron rayonu ərazisində yerləşən marketlərin birində ödəmə terminalından oğurluq edilib. 

Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 30 yaşlı Rəşad Cəlilov və 34 yaşlı Xəzər Hüseynov müəyyən olunaraq saxlanılıblar. Dördpendirli pizza

Araşdırmalarla məlum olub ki, saxlanılan şəxslər rayonun Masazır qəsəbəsindəki marketdə ödəmə terminalını sındırmaqla ümumilikdə 3 min manatdan artıq pul vəsaitini talayıblar. Onların törətdikləri oğurluqlar təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

İdarə əməkdaşları tərəfindən rayon ərazisində həyata keçirilən digər tədbir zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 44 yaşlı Elvin Məmmədov saxlanılıb. Həmin şəxsin Xırdalan şəhərində yaşadığı evə baxış zamanı ümumilikdə 16 kiloqram, o cümlədən 7 kq heroin, 4 kq metamfetamin, 5 kq marixuana, 1230 ədəd psixotrop tərkibli metadon həbi və narkotiklərin satışında istifadə edilən elektron tərəzi aşkarlanıb.

E.Məmmədov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini bildirib.

Faktlarla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!