Abşeronda Beynəlxalq Mədəniyyət Günü qeyd olundu 

saytların hazırlanması

Evə çatdırılma

Abşeronda Beynəlxalq Mədəniyyət Günü qeyd olundu 

Mədəniyyət

15 Aprel 2022 18:27 1188


Abşeron Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Abşeron” qəzeti redaksiyasının və Azərbaycan Yazıçılar Birliyi Abşeron bölməsinin birgə təşkilatçılığı ilə 15 aprel Beynəlxalq Mədəniyyət Günü münasibəti ilə Xırdalan şəhər Heydər Əliyev Mərkəzində tədbir keçirilib. 

Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının içtimai-siyasi və humanitar məsələlər üzrə müavini Gülnar Rəhimova, Azərbaycan Yazıçılar Birliyinin yaradıcılıq məsələləri üzrə katibi şair, yazıçı, dramaturq İlqar Fəhmi, mədəniyyət işçiləri, şairlər, yaradıçı məktəblilər iştirak edib. 

“Abşeron” qəzetinin baş redaktoru, AYB Abşeron Bölməsinin sədri yazıçı-publisist Şəhla Ağbulud tədbiri açaraq Azərbaycanın qədim tarixindən, ədəbiyyatından, mədəniyyətindən danışıb və qeyd edib ki, bir ildən artıqdır Azərbaycan xalqı bayramları, əlamətdar günləri ruh yüksəkliyi ilə qeyd edir. Buna görə biz Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə, Milli Ordumuza, qazilərimizə və şəhidlərimizə minnətdarıq. pizza sifarişi

Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova tədbir iştirakçılarını Beynəlxalq Mədəniyyət Günü münasibəti ilə təbrik edərək vurğulayıb ki, Azərbaycan qədim tarixə və mədəniyyətə malik bir ölkədir. Düşmənlərimiz 30 il işğal müddətində tarixi abidələrimizi, milli mədəniyyət nümunələrimizi dağıdıb. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə hazırda böyük quruculuq, bərpa və abadlıq işləri həyata keçirilir. 

AMEA-nın əməkdaşı, dosent Seyranə Kasimi, Azərbaycan televiziyasının redaktoru Avdı Qoşqar, şair Qadir Süstlü, Abşeron Rayon Heydər Əliyev Muzeyinin direktoru Tükəzban Həsənova, Abşeron Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Cəmilə Kərimova və başqaları Abşeronun tarixi və mədəniyyəti barədə danışıblar. 

Dövlət Musiqili Komediya Teatrının aktyoru, Əməkdar artist, Prezident mükafatçısı Nadir Xasıyev, Xalq artisti Şükufə Musayeva, “Xəzri” xalq çalğı alətləri ansamblının bədii rəhbəri Təyyar Mirzəyev, “O səs Türkiyə” yarışmasının finalçısı İlham Əsgəroğlu, xanəndə Qəhrəman Qəmbərov, Fatmai klubunun dorektoru Afət Nəbiyeva və istedadlı şagirdlər öz ifaları ilə tədbirə xüsusi rəng qatıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!