Abşeronda kişi deyingən arvadını yumruqladı: Bu cəzanı aldı

saytların hazırlanması

Evə çatdırılma

Abşeronda kişi deyingən arvadını yumruqladı: Bu cəzanı aldı

Hadisə

09 Mart 2023 14:05 760


Abşeron Rayon Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Qabil Həsənovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şövkət Nəcəfovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 1 il müddətinə qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla islah işləri cəzası təyin edilib. Hökmdə qeyd edilib ki, Qabil Həsənovun cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. pizza mizza

Qeyd: Hadisə ötən il Abşeron rayon ərazisində qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü Qabil Həsənov yaşadığı evdə mübahisə zəmnində qeyri-rəsmi arvadı Ləman Alıyevanın (şərti) sol göz və bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə yumruq zərbələri ilə vurub. Nəticədə kişi qadına yüngül dərəcəli bədən xəsarətləri yetirib. 

Məhkəmə iclasında Qabil Həsənov ona elan edilən ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, yaşadığı evdə olan zaman zərərçəkmiş Ləman Alıyeva ona hansı səbəbdən boş-boş gəzib işləmədiyini və evə bazarlıq edib gətirmədiyini deyib. Bu zaman aralarında mübahisə yaranıb. 

Qabilin sözlərinə görə, mübahisə zəmnində zərərçəkmiş şəxs təhqiredici fadələr işlətdiyi üçün əsəbləşib, onun sol göz nahiyəsinə bir dəfə yumruqla vuraraq xəsarət yetirib: “Həmin zaman evdə azyaşlı övladlarım ağlamağa başladı. Hadisədən sonra Ləman evdən çıxaraq qaçıb gedib. Səhəri gün onun DİN-in “102 xidməti”nə məlumat verməsini öyrəndim. Törətdiyim cinayət əməlindən peşmanam. Bunu nəzərə alaraq yüngül cəza təyin edilməsini xahiş edirəm”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!