Abşeronda üç usta zəhərləndi, ikisi öldü, biri komaya düşdü

saytların hazırlanması

Evə çatdırılma

Abşeronda üç usta zəhərləndi, ikisi öldü, biri komaya düşdü

Hadisə

31 Yanvar 2023 12:41 927


Abşeronunda 3 nəfər zəhərlənib.

Yenisabah.az Trend-ə istinadla xəbər verir ki, hadisə rayonun Novxanı qəsəbəsində baş verib.

Qəsəbə ərazisində tikilməkdə olan fərdi yaşayış evində usta işləyən 1960-cı il təvəllüdlü Yusibov Siyasət Mirzəağa oğlu, 1968-ci il təvəllüdlü Ağayev Zamin Rəfi oğlu və 1966-cı il təvəllüdlü Alıyev Kamil İsmayıl oğlu yemək yeyəndən sonra zəhərlənib. Hadisə nəticəsində Kamil Alıyev hadisə yerindəcə dünyasını dəyişib. Siyasət Yusibov isə xəstəxanaya aparılarkən yolda ölüb. Hadisə nəticəsində halı pisləşən Zamin Ağayev isə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Dominos pizza

Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, Z. Ağayev hazırda KTM-in Təcili yardım şöbəsində qırmızı zonada, reanimasiya bölməsindədir: "Vəziyyəti kəsik ağırdır, komadadır. Lazimi ilkin yardım göstərilib, pasiyentin hazırki vəziyyətdən çıxarılması üçün ehtiyac olan tibbi müdaxilələr davam edir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!