Ac canavarlar kəndə hücum etdi – Azərbaycanda

saytların hazırlanması

Evə çatdırılma

Ac canavarlar kəndə hücum etdi – Azərbaycanda

Hadisə

06 Fevral 2020 06:12 2827


Canavarlar Zaqatalanın Çökəkoba kəndinə hücum edib.

“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, gecə saatlarında kənd sakini Yaqub Kəmlayevin yaşadığı evin həyətyanı sahəsinə soxulan canavar mal tövləsinə girərək 8 baş xirdabuynuzlu heyvanı öldürüb, daha iki başa isə xəsarət yetirib. 

Hadisə ilə bağlı ərazinin baytarlıq məntəqəsindən bildirilib ki, canavarın öldürdüyü heyvanlar baytarlıq təlimatına uyğun basdırılıb. Y. Kəmlayevin təssərrüfatı və heyvanların basdırıldığı ərazi dizinfeksiya edilib.  pizza

Qeyd edək ki, son aylar rayonda yırtıcı və quduz heyvanlar yaşayış məntəqələrinə soxularaq şəxsi təssərüfatlara ziyan verir. Son iki ayda rayon ərazisində quduzlaşmış yırtıcıların çöl sahələrində iri və xırdabuynuzlu heyvanlara xəsarət yetirməsi səbəbindən 10 başdan yuxarı heyvan ölüb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!