“AccessBank“dan yanğınla bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“AccessBank“dan yanğınla bağlı açıqlama

Sosial

11 Aprel 2019 21:47 816


"AccessBank"ın baş ofisində yanğın hadisəsinin baş verməsi ilə bağlı əsassız və dəqiqləşdirilməmiş informasiya yayılmaqdadır.

Bankdan “Yeni Sabah”a verilən məlumata görə, aprelin 11-də saat 14:00 radələrində Bankın Tbilisi prospekti 3 ünvanında yerləşən baş ofisindəki texniki otaqda tüstülənmə olub. Tüstülənməyə səbəb elektrik naqillərində qısaqapanmanın baş verməsidir.

Müvafiq təlimata uyğun olaraq, dərhal bankın əməkdaşları təxliyə olunub, hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin "Qaynar xətti"nə məlumat verilib. Bununla yanaşı, məsul əməkdaşlarımız tüstülənmənin qarşısının alınması üçün zəruri addımlar atıb. pizza sifarişi

Təhlükəsizlik təlimatına əsasən, hadisə yerinə Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları da çağırılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, tüstülənmənin qarşısının alınmasında iştirak edən 5 nəfərə ilkin tibbi yardım göstərilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!