Açılış mərasimində DJ Conas Blu çıxış edəcək

saytların hazırlanması

Evə çatdırılma

Açılış mərasimində DJ Conas Blu çıxış edəcək

İdman

22 May 2019 11:18 1292


Bakıda keçiriləcək UEFA Avropa Liqası finalının açılış mərasimində DJ Conas Blu çıxış edəcək.

"Yeni Sabah" xəbər verir ki, britaniyalı sənətçi 150 yerli rəqqasla birgə böyük oyunun cəlbedici başlanğıcını qoyacaq. Azərbaycan paytaxtında - Şərqlə Qərbin qovuşduğu şəhərdə səhnəyə qoyulmuş bu performansın zəngin və özündə müxəlif təcrübəni ehtiva edəcəyi gözlənilir.

Əsrarəngiz xüsusi effektlər səmanı işıqlandırdığı vaxt Conas Blu özünün ən böyük hitlərinin miksini nümayiş etdirəcək və tamaşaçılara müsbət enerjini verməklə final oyununda mübarizəyə qoşulmağa hazırlaşan iki komandaya xüsusi ehtiramını bildirəcək. Dominos pizza

Açılış mərasiminin prodüseri Polşa şirkəti “Platige Image”dir. Şirkət indiyədək 7 UEFA mərasimi üzərində çalışıb. Mərasimin dünya miqyasında canlı şouları yaradan və onları idarə edən tanınmış xoreoqraf, dəb şousu rejissoru və səhnə rejissoru Valdek Şimkovyakdır.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək finalda İngiltərənin “Arsenal” və “Çelsi” komandaları qarşılaşacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!