Acunun telekanalından Azərbaycana dəstək   - Video

saytların hazırlanması

Evə çatdırılma

Acunun telekanalından Azərbaycana dəstək - Video

Maraqlı

28 Oktyabr 2020 10:33 1034


Türkiyənin TV8 kanalında yayımlanan “MaterChef” verilişinin növbəti bölümündə Azərbaycanın Dağlıq Qarabağın azadlığı uğrunda apardığı mübarizəyə də toxunulub.

Yenisabah.az xəbər verir ki, yayımlanacaq olan 88-ci bölümün fraqmanında münsiflərdən olan Mehmet Yalçınqaya Azərbaycan Ordusunma uğurlar arzulayıb:

“Hamımızın ağlında azərbaycanlı qardaşlarımızın mübarizəsi var. Onlara buradan salam olsun! Hər birinə apardıqları bu mübarizədə uğurlar arzulayırıq”. Pepperoni pizza

Bildirək ki, bu bölüm həm də Türkiyənin Cümhuriyyət bayramına həsr edilib. Xatırladaq ki,  29 oktyabr 1923-cü ildə Türkiyə Böyük Millət Məclisi tarixi bir iclasla Qurtuluş Savaşından sonra yenidən qurulan dövlətin hökumət sistemini respublika olaraq dünyaya elan edib. Bu gündən dövlət Osmanlı imperiyası deyil, Türkiyə cümhuriyyəti adlanmağa başlayıb. 1925-ci ildən etibarən isə hər il 29 oktyabr tarixi Türkiyədə bayram olaraq qeyd edilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!