İl ərzində gərgin şəkildə işləyən insanlar artıq istirahət etmək üçün planlar qurub, qızmar yay günlərdə harada gedəcəkləri barədə ümumi razılığa gəlib və səfər hazırlığı görürlər. Yayın istisində həm işləyib, həm də dincələnlər arasında mədəniyyət və incəsənət nümayəndələri daha çoxdur. Konsertlər, televiziya proqramları, toy məclisləri və s. arası onlar dincəlməyə də vaxt tapırlar.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni Xuraman Şuşalı artıq istirahətə 1 həftə ayırdığını bildirib:
“Qubada 1 həftə dincəlib gəlmişəm. Alma bağlarının arasında ailəmlə birlikdə dincəlib qayıtdım. İndi Bakıdayam, bir neçə toyum, müəyyən işlərim var. pizza hut
Ailədə 6 nəfərik, bu gün otellərin qiymətini də hər kəs bilir. Qubadakı otelə pul ödəmədik, sağ olsunlar, bizə hədiyyə etdilər. Yaxşı yerdə qaldıq.
Mən təbiəti daha çox sevirəm, nəinki özümü göstərməyi. Adam var, gedib 2 gün istirahət edir, ən bahalı oteli seçir, lüks yerlərə gedir ki, şəkil çəkib paylaşsın, özünü göstərsin. Amma məndə fərqlidir, gözəl mənzərəni, dadlı yeməkləri sevirəm, orqanik yeməyə üstünlük verirəm.
Allah hamıya ruzi versin ki, hər kəs övladını gəzdirə bilsin. Yay mənim üçün əvəzolunmazdır. Mütləq yayda büdcəmə uyğun şəkildə övladlarımı təbiət qoynuna aparıram. Çünki şəhərdə yaşayırıq, yaşıllıq azdır, hava təmiz deyil, bina evində yaşayırıq. Ona görə çalışıram ki, ən azı 2 ay övladlarımı bölgələrə aparım.
Bölgələrə oksigen udmağa gedirik, özümüzü göstərməyə yox. İstəyirəm ki, uşaqlarım təmiz hava udsun, beyinləri inkişaf etsin”.
Müğənni istirahət zamanı şəhid ailələrinə baş çəkməyi unutmayıb və Qubada onları ziyarət edib:
“Qubada olarkən 8 şəhid ailəsini ziyarət etdim. Görürdüm ki, şəhid anaları yolumu gözləyir. Qubanın 55 şəhidi var, hamısının evində ola bilmədim, amma nəyi edə bilirəmsə, onu etdim. İnanın bundan da zövq aldım. Çünki onların bir başqa aurası var. Sanki ziyarətgaha getmisən, ordan çıxanda rahat olursan, qəribə hissdir”.
Yerli məşhurların istirahət üçün ən çox üz tutduğu ölkə Türkiyə olsa da, X. Şuşalı bölgələrdə dincəlməyə üstünlük verdiyini deyib:
“Açığı, pulum olsa da, yenə istirahət üçün Türkiyəni seçmərəm. Çünki pul orada qalır. Öz ölkəmizdə o qədər ehtiyaclı rayon sakini var ki, xeyri onlara verməyi üstün tuturam. Bundan əlavə, 4 uşaqla təyyarəyə minib İstanbula getmək asan iş deyil. Xarici ölkələrə ancaq müalicə məqsədi ilə edərəm və müalicəvi yerləri seçərəm.
Ötən il Duz Dağ mağarasında istirahət etdim. Bu həm mənim üçün, həm də uşaqlarım üçün maraqlı oldu. Onlar üçün gecə mağarada yatmaq adrenalin idi.
Bu il də oraya getməyi planlayıram. 8 aylıq hamilə ola-ola övladlarımla Yesentukiyə getmişəm, çünki fikirləşmişəm ki, suyu müalicəvidir. İstanbulun əvəzinə belə müalicəvi yerləri seçirəm. Bu daha xeyirlidir”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız