“Adam zəhərləmək rusların tipik üslubudur, məni də zəhərlədilər”  

saytların hazırlanması

Evə çatdırılma

“Adam zəhərləmək rusların tipik üslubudur, məni də zəhərlədilər”  

Maraqlı

29 Noyabr 2023 09:38 756


Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanovun həyat yoldaşının zəhərlənməsi ilə bağlı məlumatı şərh edərkən “Məni də zəhərlədilər” deyib. 

Yenisabah.az-ın məlumatına görə, M.Saakaşvili bildirib: 

“Bu, rusların tipik üslubudur. Mən həbsxanada zəhərləndim, alman və amerikan laboratoriyaları bədənimdə ağır metalların olduğunu təsdiqlədi”. Dördpendirli pizza

Ötən gün bir sıra Ukrayna mənbələri ölkə hərbi kəşfiyyatının rəhbəri Kirill Budanovun həyat yoldaşı Mariananın zəhərlənməsi və onun orqanizmində ağır metalların olması barədə məlumat yayıb. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəsmi nümayəndəsi Andrey Yusov “bu məlumatı rəsmən təsdiqləyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!