Türkiyədə zəlzələdən zərərçəkmiş Adana şəhərində axtarış-xilasetmə işləri başa çatıb.
Yenisabah.az xəbər verir ki, bu barədə ölkənin kənd təsərrüfatı və meşə naziri Vahid Kirişçi tviterdə bildirib.
Nazirin sözlərinə görə, bölgədə dağıntılar altından ümumilikdə 34 vətəndaş çıxarılıb, 418 nəfər isə zəlzələnin qurbanı olub. Dördpendirli pizza
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
Telegram kanalımız