Adəm Məmmədov həbsdə qaldı

saytların hazırlanması

Evə çatdırılma

Adəm Məmmədov həbsdə qaldı

Kriminal

16 İyul 2025 18:46 602


Vəkil həmkarına qarşı təhqir və böhtanda ittiham olunaraq həbs edilmiş tanınmış vəkil Adəm Məmmədov və qardaşı Xəyyam Məmmədovun apellyasiya şikayətinə baxılıb.

Yenisabah.az report-a istinadla xəbər verir ki, bu barədə iddiaçı Ceyhun Yusifovun vəkili Asim Abbasov məlumat yayıb.

O bildirib ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə verilən qərara əsasən, Adəm Məmmədov və qardaşına verilmiş cəza dəyişdiriləmədın saxlanılıb. pizza hut

Adəm Məmmədov və Xəyyam Məmmədov birgə rəhbərlik etdikləri saytda tanınmış vəkil Ceyhun Yusifovu ağır cinayətdə ittiham etmişdilər.C. Yusifovun xüsusi ittiham qaydasında məhkəməyə müraciəti əsasında Adəm Məmmədov 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun qardaşı Xəyyam Məmmədova isə 1 il müddətinə islah işləri cəzası verilib.

Vəkillər Kollegiyasının Rəyasət Heyyətinin qərarı ilə A.Məmmədovun vəkillik fəaliyyəti də dayandırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!