Adil Əliyev açıqlama yaydı: “Bu hadisəyə bağlılığım yoxdur”

saytların hazırlanması

Evə çatdırılma

Adil Əliyev açıqlama yaydı: “Bu hadisəyə bağlılığım yoxdur”

Kriminal

03 İyun 2025 16:25 5272


Azərbaycan Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayevin Türkiyədə bıçaqlanması ilə bağlı müxtəlif versiyalar səsləndirilir.

Sosial şəbəkələrdə və bəzi media quruluşlarında bu olayın arxasında Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin durduğu iddia olunur.

Gununsesi.info-nun sorğusunu cavablandıran Adil Əliyev barəsində səsləndirilən bu iddiaları cəfəngiyyat adlandırıb: Dominos pizza

“Mənasız cəfəngiyyatlar danışırlar. Boş-boş söhbətlərdir. Mənim bu hadisəyə hər hansı bir bağlılığım yoxdur. Hamı kimi mən də mediadan oxumuşam. Ümumiyyətlə,  hər zaman mənim haqqımda uydurmalar olur, ona görə də bunlara əhəmiyyət vermirəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Haller
    ...niye ehemiyyet vermirsiz?!...bohtandirsa, verin mehkemeye...
    11 months ago