Adnan Oktara 870 ilədək həbs cəzası istənilib

saytların hazırlanması

Evə çatdırılma

Adnan Oktara 870 ilədək həbs cəzası istənilib

Dünya

12 İyul 2019 15:54 1097


“Adnan hoca” olaraq tanınan Adnan Oktar və müridləri barədə istintaq başa çatıb.

 “Yeni Sabah” Türkiyə mediasına istinadən bildirir ki, A.Oktara 870 ilədək həbs cəzası istənilib.

Xatırladaq ki, Adnan Oktar bir il əvvəl 168 müridi ilə birgə həbs olunub.

O, kiçik qız uşaqlarına təcavüz və mütəşəkkil cinayətlər, çirkli pulların yuyulması, casusluq, şəxsi həyatın gizliliyini pozma, rəsmi sənədləri saxtalaşdırma, terrorla mübarizə qanununa zidd getmə, şantaj, böhtan, yalançı şahidlik, korrupsiya, təhsil və təhsil hüquqlarının əngəllənməsi, dələduzluqda ittiham olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!