“Adnan hoca” olaraq tanınan Adnan Oktar və ətrafındakılara qarşı polisin təşkil etdiyi əməliyyat çərçivəsində saxlanılanlardan 3-ü sərbəst buraxılıb.
“Yeni Sabah” Türkiyə mediasına istinadən xəbər verir ki, onlardan biri Adnan Oktarın yaxın qohumu olan 75 yaşlı Mete Oktardır. O, sağlamlıq problemləri səbəbiylə azadlığa çıxıb.
Təşkilatın digər 2 üzvü - Seyhun Şanda və Ozan Süer isə eyni səbəbdən şərti azadlığa buraxılıb.
Xatırladaq ki, Adnan Oktar bir il əvvəl 168 müridi ilə birgə həbs olunub.
O, kiçik qız uşaqlarına təcavüz və mütəşəkkil cinayətlər, çirkli pulların yuyulması, casusluq, şəxsi həyatın gizliliyini pozma, rəsmi sənədləri saxtalaşdırma, terrorla mübarizə qanununa zidd getmə, şantaj, böhtan, yalançı şahidlik, korrupsiya, təhsil və təhsil hüquqlarının əngəllənməsi, dələduzluqda ittiham olunub.
Elnarə İlham
Telegram kanalımız