Aeroport yolunda məhdudiyyət: Alternativ yollar açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Aeroport yolunda məhdudiyyət: Alternativ yollar açıqlandı

Sosial

12 Fevral 2026 16:18 472


Aeroport yolunda məhdudiyyət tətbiq edilməsi ilə bağlı alternativ yollar açıqlanıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Fevralın 14-15-də Aeroport şosesində (“Buta Palace” yaxınlığı) gecə saatlarında müxtəlif istiqamətlərdə yolun hansı hissələrində məhdudiyyətin tətbiq edilməsini xəritə vasitəsi ilə izləmək mümkündür. Dominos pizza

Saat 00:00-dan 07:00-dək Hava limanı yolundan (Hava limanı körpüsündən) “Koroğlu” metro stansiyası istiqamətində, ertəsi gün isə həmin saatlarda “Koroğlu” metro stansiyasından (Suraxanı dairəsi üzərindəki yol ötürücüsündən) Hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. Alternativ yol kimi, Mərdəkan şosesindən gələnlər Zığ şosesinə, şəhər istiqamətindən gələnlər isə Suraxanı rayonu, Xanlar Ələkbərov və 14 İyul küçəsinə istiqamətləndiriləcək. Eyni zamanda sürücülər şəhərdən Hava limanı istiqamətinə alternativ olaraq 8 Noyabr prospektindən Zığ yoluna keçməklə də hərəkət edə biləcəklər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!