Afaq Gəncəli illər öncə itirdiyi oğlunu belə andı   - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Afaq Gəncəli illər öncə itirdiyi oğlunu belə andı - FOTO

Şou

04 Avqust 2025 12:26 625


Aparıcı Afaq Gəncəli mərhum oğlu Qədirxanla bağlı sosial media hesabında paylaşım edib.

Yenisabah.az xəbər verir ki, o, övladının ad günü olduğunu bildirib.

Afaq oğlunun şəklini paylaşaraq uzaqda yox, başqa bir yerdə olduğunu bildirib: Dördpendirli pizza

“Mələyim, yaxşı ki, doğuldun, var oldun. Sənin gülüşün hələ də qulağımdadır. Sənin adın hər gecə dualarımdadır, Qədir balam. Uzaqda deyilsən, başqa bir yerdəsən. Qəlbimdə, ruhumda, nəfəsimdəsən. Ad günün mübarək, oğlum”.

Qeyd edək ki, Qədirxan 2015-ci ildə 12 yaşında Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Aydan Hacı 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!