AFFA-dan 1 xala görə futbolçulara yüksək məbləğdə mükafat

saytların hazırlanması

Evə çatdırılma

AFFA-dan 1 xala görə futbolçulara yüksək məbləğdə mükafat

İdman

10 Sentyabr 2019 19:04 1205


AFFA AÇ-2020-nin seçmə qrup mərhələsinin Azərbaycan - Xorvatiya oyununda qeydə alınan 1:1 hesablı heç-heçəyə görə futbolçulara böyük məbləğdə pul verəcək.

“Yeni Sabah” “Sportinfo.az”a istinadən xəbər verir ki, ilk "11-lik"də meydana çıxan hər bir futbolçu federasiyadan 30 min manat mükafat alacaq.

Oyuna sonradan daxil olanlar və ehtiyatda qalanlar isə 30 mindən az mükafat alacaqlar. Ümumilikdə, baş sponsor SOCAR milliyə 1 xala görə yarım milyondan çox pul paylayacaq. Marqarita pizza

Futbolçulara deyilib ki, mükafatlar bu günlərdə bank hesablarına köçürüləcək.

Qrup sonuncusu olan Azərbaycan yığması seçmə mərhələdə keçirdiyi ilk 4 oyunda müvafiq olaraq Xorvatiya, Macarıstan, Slovakiya və Uelsə uduzub, ilk xalını isə 5-ci turda - dünən xorvatlarla ikinci qarşılaşmada qazanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!