AFFA klubları cərimələyib

saytların hazırlanması

Evə çatdırılma

AFFA klubları cərimələyib

İdman

07 May 2019 11:44 924


AFFA İntizam Komitəsi “Zaqatala” klubunu I Divizionun XXV turunda “Neftçi” ilə ev oyunu zamanı Zaqatala şəhər stadionunda radio məlumat olmadığına görə cəzalandırıb.

“Yeni Sabah” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, kluba 160 manat cərimə kəsilib. “Zaqatala” həmçinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 80 manat ziyana düşüb. Üstəlik, futbolçusu Sərxan Abdullayev rəqibi təhqir etdiyinə görə meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 160 manat cərimə olunub.

“Sabah-2” – “Qarabağ-2” matçı qonaqların səhlənkarlığı ucbatından 5 dəqiqə gec başladığına görə klub 240 manat cərimələnib. Oyunun 90-cı dəqiqəsində “Sabah-2”nin baş məşqçisi Vasif Haqverdiyev texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün məşqçi 1 oyun cəzalanıb, kluba 80 manat cərimə kəsilib. Sezar pizza

“Turan Tovuz” – “Səbail-2” görüşündə oyun öncəsi iclasda polis iştirak etmədiyinə görə meydan sahibi klub 80 manat cərimə ödəməli olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!