AFFA müdaxilə etdi, “Neftçi” rəhbərliyi geri çəkildi – Qalmaqal

saytların hazırlanması

Evə çatdırılma

AFFA müdaxilə etdi, “Neftçi” rəhbərliyi geri çəkildi – Qalmaqal

İdman

04 May 2019 19:12 1192


“Neftçi”nin Səlahət Ağayevi əvəzedici komandaya göndərməsi barədə xəbər vermişdik.
“Yeni Sabah” xəbər verir ki, kluba yaxın mənbədən Fanat.Az-a verilən məlumatda bildirilirdi ki, son turlardakı xal itkilərinə və çempionluq şansının itirilməsinə görə “günahkar” axtarışında olan klub rəhbərliyi milli komandanın əsas qapıçısını “günah keçisi” elan edərək mövsümün sonunadək əvəzedici komandaya göndərib. Məlumatda qeyd edilirdi ki, son iki turda qapını Aqil Məmmədov qoruyacaq.
Məlumata görə, Səlahət özü də milli komandanın qapıçılarla işləyən məşqçisi Dmitri Kramarenkoya vəziyyətlə bağlı məlumat verib.
Kramarenko isə öz növbəsində AFFA rəhbərliyini bu barədə məlumatlandıraraq bildirib ki, bir ay sonra əhəmiyyətli oyunlara çıxacaq millinin əsas qapıçısı ilə bağlı belə bir qərarın verilməsi yalnışlıqdı.
AFFA rəhbərliyinin məsələyə müdaxiləsindən sonra “Neftçi” geri çəkilib və Ağayev əsas komandanın məşqlərinə qaytarılıb. Qolkiper “Qəbələ” ilə səfərə aparılıb. Sabah onun meydana çıxması gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!