AFFA-nın klublara ayrıdığı vəsait açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

AFFA-nın klublara ayrıdığı vəsait açıqlandı

İdman

11 Aprel 2025 13:25 291


AFFA-nın bu gün keçirilən Hesabat Konfransında 2024/2025 mövsümündə Azərbaycanda futbolun inkişafına ayrılmış vəsaitin məbləği açıqlanlb.

Yenisabah.az xəbər verir ki, bu məbləğ 39 milyon manat təşkil edib.

2023/2024 mövsümündə də məbləğ eyni olub. Dominos pizza

Misli Premyer Liqa (10 klub) təmsilçilərinə bir mövsümdə ümumilikdə 30 milyon manat verilib. I Liqa klublarına (əvvəlki mövsümdə 15, hazırda 10 klub) ümumən 3 milyon manat, milli komandaların saxlanılması üçün 3 milyon manat xərclənib.

Region Liqası və Region Liqa oyunlarının keçirilməsi və VAR layihə xərcləri hər iki mövsümdə 1 milyon manata bərabər olub. Cari mövsümdə II Liqadakı 14 kluba ümumilikdə 700 min manat verilib.

Menecer və Məşqci korpusunun təhsilinə (AFFA-nın nəzdində) görə 300 min manat xərclənib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!