Afiq Səfərov “Azərsun“dan getdi

saytların hazırlanması

Evə çatdırılma

Afiq Səfərov “Azərsun“dan getdi

Sosial

22 Fevral 2019 16:59 2642


"Azərsun Holdinq"in İctimayətlə əlaqələr və Biznesin inkişafına dəstək departamentinin müdiri Afiq Səfərov tutduğu vəzifədən ayrılıb.

A.Səfərov öz ərizəsi ilə işdən çıxıb.  Lakin məlumatlı mənbələrin iddiasına görə, Afiq Səfərovun işdən çıxmasının daha dərin səbəbləri var.

A.Səfərovun yerinə artıq təyinat da olub. "Azərsun Holdinq"in İctimayətlə əlaqələr və Biznesin inkişafına dəstək departamentinə bundan sonra Kazım Babayev rəhbərlik edəcək. Sezar pizza

Məsələ ilə bağlı A.Səfərovla əlaqə saxlamaq mümkün olmayıb.

Qeyd edək ki, son dövrlər "Azərsun Holdinq"in daxilində müəmmalı gəlişmələr müşahidə olunur.

Missiya.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!