Afra Saraçoğlu bu işdən 2 milyon qazandı

saytların hazırlanması

Evə çatdırılma

Afra Saraçoğlu bu işdən 2 milyon qazandı

Şou

23 İyun 2025 09:57 865


Türkiyənin parlayan ulduzlarından biri olan Afra Saraçoğlu yenidən gündəmə gəlib. Gözəlliyi və istedadı ilə daim diqqət çəkən aktrisa bu dəfə məşhur bir ətir markasının siması olaraq kamera qarşısına keçib.

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, reklam çəkilişləri günəşli çimərlik atmosferində baş tutub. Təbii gözəlliyi, cazibədar duruşu və özünəməxsus enerjisi ilə layihəyə xüsusi rəng qatan Afra Saraçoğlu bu reklamdan təxminən 2 milyon lirə, yəni 86 min manata yaxın qonorar əldə edib.

Qeyd edək ki, gənc və istedadlı aktrisa tamaşaçılara daha çox "Yalı Çapkını" serialındakı obrazı ilə tanışdır. Serialda canlandırdığı xarakterlə böyük rəğbət qazanan Afra, aktyorluq bacarığı ilə yanaşı, artıq reklam sahəsində də axtarılan simalardan birinə çevrilib.  pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!