Aftandil İsrafilovun vəziyyəti necədir? - “Ağciyəri dözməyə bilər“

saytların hazırlanması

Evə çatdırılma

Aftandil İsrafilovun vəziyyəti necədir? - “Ağciyəri dözməyə bilər“

Mədəniyyət

19 Dekabr 2022 15:15 1760


Xəbər verdiyimiz kimi, Xalq artisti Aftandil İsrafilov hazırda xəstəxanada müalicə alır. 

Yenisabah.az xəbər verir ki, qarmon ifaçısının qızı Həcər axşam.az-a açıqlamasında atasının səhhətindən danışıb. O bildirib ki, A.İsrafilov artıq kritik vəziyyəti atladıb:

"Hazırda xəstəxanadadır, müalicəsi davam edir. Həkimlər sağ olsunlar, kritik vəziyyətdən çıxartdılar. Atam indi danışa da bilir. Amma yenə də həkim nəzarətində olmalıdır. Müalicəsi uzun çəkəcək".  pizza

O əlavə edib ki, A.İsrafilov əməliyyat olunmalıdır:

"Əməliyyat üçün hələ durumu uyğun deyil. Ağciyəri dözməyə bilər. Ona görə də həkimlər tam qərar verə bilməyiblər. Bir çox orqanında problem var". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!