Ağ Ev: Rusiya və İran arasında hərbi əməkdaşlığın artması qonşuları üçün təhlükə yaradır

saytların hazırlanması

Evə çatdırılma

Ağ Ev: Rusiya və İran arasında hərbi əməkdaşlığın artması qonşuları üçün təhlükə yaradır

Siyasət

15 May 2023 22:57 682


Rusiya və İran arasında hərbi əməkdaşlığın artması həm Ukrayna, həm də İranın qonşuları üçün təhlükə yaradır.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib.

Kirbi qeyd edib ki, ABŞ Rusiya və İranın Moskvaya Ukraynadakı müharibəni davam etdirməsinə kömək edən və İranın qonşuları üçün təhlükə yaradan görünməmiş hərbi tərəfdaşlığı genişləndirdiyinə dair daha çox əlamətlər görür. Toyuqlu pizza

Onun sözlərinə görə, əməkdaşlıq çərçivəsində İran Rusiyanı pilotsuz təyyarələrlə təmin edir, keçən ilin avqustundan indiyədək azı 400 ədəd texnika göndərib.

"İranın Rusiyaya verdiyi əsas hərbi yardım pilotsuz uçuş aparatlarıdır. Kreml PUA-ların qabaqcıl növlərini almağa üstünlük verir", - Kirbi əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!