Ağ Evin “soyqırım”a dair siyasəti dəyişməyib

saytların hazırlanması

Evə çatdırılma

Ağ Evin “soyqırım”a dair siyasəti dəyişməyib

Dünya

11 Fevral 2026 10:22 376


Ağ Evin mətbuat katibi Kerolayn Levitt "erməni soyqırımı" barədə sualı cavablandırıb.

"Yeni Sabah" yahoo.com-a istinadla xəbər verir ki, o, administrasiyanın "soyqırım"a dair siyasətinin dəyişib-dəyişməməsinə dair suala qısa şərhində bildirib: "Xeyr".

K. Levitt ABŞ vitse-prezidenti Cey Di Vensin İrəvanda baş çəkdiyi "memorial"la bağlı deyib: "İstinad etdiyiniz erməni tvitinə gəldikdə isə sizi sadəcə Ağ Evin Erməni Anım Günündə yayımlanan mesajına yönləndirərdim və hazırda buna dair siyasətdə heç bir dəyişiklik olmayıb". Dördpendirli pizza

Xatırladaq ki, Vensin Ermənistana səfərini əks etdirən və "memorial"a baş çəkməsinə dair video X səhifəsindən silinib. Ağ Ev bunu "məzmun tərtibatçısının səhvi" kimi səciyyələndirib.

Vensin özü bu barədə deyib: "Əlbəttə, mən Ermənistana səfər edən ilk vitse-prezidentəm. Bizdən bu yeri ziyarət etməyimiz xahiş edildi. Əlbəttə ki, bu, 100 ildən bir az əvvəl baş verən dəhşətli bir hadisədir və onlar üçün böyük mədəni əhəmiyyətə malik idi... Mən Azərbaycanın mühüm yerlərini ziyarət etməyi planlaşdırıram".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!