Ağadadaş Ağayevin balta ilə xəsarət yetirdiyi xadimə Mübariz Mənsimovun əmisi qızıdır

saytların hazırlanması

Evə çatdırılma

Ağadadaş Ağayevin balta ilə xəsarət yetirdiyi xadimə Mübariz Mənsimovun əmisi qızıdır

Sosial

25 Yanvar 2025 12:59 1542


Ötən il iyulun 23-də Xalq artisti Ağadadaş Ağayevin "MedEra Hospital"ın mühafizəçisi ilə əlbəyaxa dava zamanı atdığı baltadan xəsarət alan, klinikada xadimə işləyən Nəzakət Paşayeva məşhur iş adamının qohumudur.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, o, "Palmali" Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimovun doğma əmisi qızıdır.

Xatırladaq ki, Ağadadaş Ağayevin "MedEra Hospital"ın mühafizəçisi Nurəddin Cəlilovla dava zamanı balta atması nəticəsində klinikada xadimə işləyən Nəzakət Paşayeva ayağından xəsarət almışdı. Pepperoni pizza

Qeyd edək ki, "Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov Türkiyədə ermənilərlə iş birliyi qurub. O, 2020-ci ilin martında Türkiyədə FETÖ ilə bağlı başlanan cinayət işinin istintaqı ilə əlaqədar 5 il müddətinə azadlıqdan məhrum edilmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!