Ağalarovun restoranında toy edən məmur işdən çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

Ağalarovun restoranında toy edən məmur işdən çıxarıldı

Hadisə

15 Sentyabr 2025 22:50 20424


Rusiya Daxili İşlər Nazirliyinin Miqrasiya Məsələləri üzrə Baş İdarəsinin rəisi Valentina Kazakova vəzifəsindən azad edilib. O, bundan sonra qurumun yeni yaradılan Vətəndaşlıq və Xarici Vətəndaşların Qeydiyyatı Xidmətinin rəis müavini vəzifəsin icra edəcək.

Yenisabah.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Xronika Kavkaz” Teleqram kanalı məlumat yayıb.

Qeyd olunub ki, o, bu vəzifəyə Rusiya Prezidenti Vladimir Putinin sərəncam ilə təyin olunub. Dominos pizza

Məlumata görə, Kazakovanın bundan sonra DİN-də əsas qərarları qəbul etməsi gözlənilmir və onun fəaliyyəti daimi nəzarətdə olacaq.

Bildirilir ki, Kazakovaya miqrasiya sahəsindəki uğursuzluqlar, Azərbaycan diasporu ilə əlaqələri, eləcə də iş adamı Araz Ağalarovun restoranında qızının toyunu təşkil etməsi xatırladılıb.

Onun məhz Araz Ağalarovla sıx əlaqələrinin olması və Azərbaycan diasporu ilə yaxınlığı səbəbindən vəzifəsinin “vurulduğu” deyilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!